Qısa cavablar
Nədir?
Xlamidiya, qonoreya, sifilis, HPV, herpes, ureaplazmoz/mikoplazmoz, trixomoniaz, vaginit və İİV skrininqi üzrə müayinə.
Kimlər üçün?
Qorunmamış cinsi əlaqəsi olan, ifrazatda dəyişiklik və ya sidik ifrazı zamanı narahatlıq hiss edən, partnyorunda infeksiya aşkarlanan şəxslər üçün.
Risklər?
Müalicə olunmadıqda qalxan infeksiyalara, reproduktiv sağlamlıqla əlaqəli fəsadlara və partnyora ötürülməyə yol açır.
Nə vaxt müraciət etməli
- İfrazatın rəng, qoxu və sıxlığının dəyişməsi
- Qaşınma, qızartı, göynəmə
- Cinsi əlaqə və ya sidik ifrazı zamanı ağrı
- Cinsiyyət nahiyəsində yara, qabarcıq, ziyil və ya səpki
- Qasıq limfa düyünlərinin böyüməsi
- Qorunmamış cinsi əlaqədən sonra profilaktik müayinə ehtiyacı
- Partnyorda infeksiya aşkarlanması
- Hamiləlik planlaşdırılması
Müalicə yanaşması
Müayinə yaxma, mikroskopiya, mikrobioloji əkilmə, PZR və seroloji testlərdən ibarətdir.
Müalicə törədiciyə uyğun seçilir. Bir çox halda partnyorun da eyni vaxtda müalicəsi tələb olunur — əks halda infeksiya təkrarlanır.
Özbaşına antibiotik və ya antifungal qəbul diaqnozu çətinləşdirir və müalicəni uzadır. HPV və hepatit B üçün peyvəndlə qorunma imkanı mövcuddur.
Vaginit formaları — istiqamətverici müqayisə
| Forma | Xarakterik cəhətlər |
|---|---|
| Kandidoz (göbələk) | Lorayabənzər qatı ağ ifrazat, kəskin qaşınma |
| Bakterial vaginoz | Nazik boz-ağ ifrazat, xarakterik kəskin qoxu |
| Trixomoniaz | Köpüklü, pis qoxulu, sarı-yaşıl ifrazat |
| Ureaplazmoz / mikoplazmoz | Zəif əlamətlərlə, uzunmüddətli diskomfortla gedir |
| Atrofik vaginit | Estrogen səviyyəsinin azalması fonunda quruluq |
Bu cədvəl yalnız istiqamətvericidir. Formaların əlamətləri üst-üstə düşə bilər və bir neçə forma birlikdə ola bilər. Dəqiq diaqnoz yaxma, mikroskopiya və lazım olduqda PZR ilə qoyulur.
Tamponlar düzgün istifadə edildikdə təhlükəsiz hesab olunur. Uzun müddət dəyişdirilmədikdə və ya yanlış tətbiq edildikdə toksik şok sindromu, vaginal quruluq və infeksiya riski yarana bilər.
Bu səhifə ümumi məlumat xarakteri daşıyır və diaqnoz vasitəsi deyil. Fərdi vəziyyətiniz yalnız həkim müayinəsində qiymətləndirilə bilər.
Bu mövzuda yazılar
Ən çox rast gəlinən cinsi infeksiyalar
Cinsi yolla keçən infeksiyaların bir çoxu uzun müddət əlamətsiz qalır. Xlamidiyadan sifilisə — nəyi bilmək lazımdır?